SİYASƏT


Küveytli ekspertlər Azərbaycanın turizm imkanları barədə məlumatlandırılıblar

Bakı, 19 mart, AZƏRTAC 

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ərəb Turizm Təşkilatının elektron turizm üzrə ekspertləri, küveytli bloqqerlər Həsən Əl-Kəndəri və Xalid Əl-Vəsmi ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xalid Əl-Vəsmi hazırladığı “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” adlı banneri səfirliyə təqdim edib. Küveytli ekspertlər Azərbaycanın interaktiv xəritəsinin ölkənin ən mühüm turizm məkanlarını, ticarət mərkəzlərini, kafe və restoranları özündə əks etdirdiyini deyiblər. Xəritə barkod, mobil telefon kamerası və yaxud snəpçat proqramı vasitəsilə açıla bilər.

Görüşdə küveytli qonaqlara Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat verilib, ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.