SİYASƏT


“Kuwait Times” qəzetində Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması barədə məqalə dərc edilib

Bakı, 26 noyabr, AZƏRTAC

Küveytin ingilisdilli “Kuwait Times” qəzetində Azərbaycan Ordusunun Kəlbəcər rayonuna daxil olması barədə məqalə dərc edilib.

Ölkəmizin Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan Müdafiə Nazirliyinə istinadla əsgərlərimizin minaları təmizləyərək rayona daxil olduqları qeyd edilib.

Yazıda sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları keçirdiyi və Ermənistanın bundan sonra Kəlbəcər, Ağdam və Laçın rayonlarını geri qaytarmağa razılıq verməsi barədə sazişə imza atmağa məcbur edildiyi diqqətə çatdırılır. Həmçinin qeyd edilir ki, Azərbaycan humanitar əsaslarla ermənilərin Kəlbəcərdən çıxması üçün müəyyənləşdirdiyi vaxtı 10 gün uzadıb. Bildirilir ki, noyabrın 20-də Ağdam rayonu təhvil verilib və dekabrın 1-dək Laçın rayonu Azərbaycana qaytarılacaq.

Eyni zamanda, bildirilib ki, 30 ildən sonra azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar. Lakin Kəlbəcəri tərk edən ermənilər buradakı hər şeyi məhv edib, o cümlədən elektrik kabellərini, ağacları kəsib, meşələri yandırıb, hətta su elektrik stansiyasının hissələrini avtomobilə yükləyiblər.

Müəllif, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. Qeyd edib ki, 1990-cı illərdə erməni silahlıları bölgəni ələ keçirərək azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıb və qondarma “respublika” yaradıblar. Lakin onun “müstəqilliyi” beynəlxalq aləm tərəfindən tanınmayıb.

Diqqətə çatdırılıb ki, imzalanan sülh razılaşmasından sonra Ermənistanda etirazlar başlayıb və N.Paşinyanın istefası tələb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.