CƏMİYYƏT


“Kuwait Times” qəzetində Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi barədə məqalə dərc olunub

Bakı, 2 dekabr, AZƏRTAC

Küveytin ingilisdilli “Kuwait Times” qəzetində “Azərbaycan Ordusu Ermənistan tərəfindən təhvil verilən sonuncu rayonda- Laçında Azərbaycan bayrağını qaldırdı” sərlövhəli məqalə dərc olunub.

Ölkəmizin Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan əsgərlərinin Qarabağda davam edən müharibənin dayandırılmasına dair atəşkəs razılaşmasına əsasən Ermənistanın təhvil verdiyi Laçın şəhərində Azərbaycan bayrağını ucaltdıqları qeyd olunub. Vurğulanıb ki, Azərbaycan hərbçilərini daşıyan avtomobil karvanı gecə saatlarında Laçına daxil olub. Müəllif yazıb ki, rayonun erməni sakinləri Azərbaycan əsgərləri gəlməmişdən əvvəl Laçını tərk ediblər.

Müəllif, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətinə də toxunub. Məqalədə Azərbaycan Prezidentinin fikirlərindən sitatlara da yer verilib: “Biz düşməni torpaqlarımızdan qovduq. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq”.

Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli bəyanatı 6 həftəlik döyüşlərdən sonra Azərbaycan Ordusunun düşmən üzərində aşkar üstünlüyündən sonra imzalanıb.

Məqalədə, həmçinin Laçının işğaldan azad olunmasının Azərbaycanın bütün bölgələrində böyük coşqu ilə qeyd edildiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.