ELM VƏ TƏHSİL


Kvalifikasiyaların tanınması sahəsində Ukrayna təcrübəsi öyrənilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əməkdaşları beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində Ukraynada işgüzar səfərdə olublar.

Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, səfərin əsas məqsədi kvalifikasiyaların tanınması sahəsində iki dövlət arasında təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılması olub. Ukraynanın Akademik Mobillik üzrə Milli Məlumat Mərkəzinin nümayəndələri ilə görüşdə Ukraynada transmilli təhsil üzrə kvalifikasiyaların tanınması proseduru, peşə tanınmasının həyata keçirilməsi üzrə tətbiq olunan metodlardan danışılıb. İxtisasın müəyyən edilməsi zamanı nəzərə alınan meyarlar barədə məlumat mübadiləsi aparılıb. Mərkəzin nümayəndələri saxta diplomların müəyyən edilməsi ilə bağlı diqqət yetirilməli məqamlar və Lissabon Konvensiyasının iştirakçısı olmayan ölkələrin ali təhsil müəssisələrinin akkreditasiyasının müəyyən edilməsi sahəsində mövcud təcrübəsini bölüşüblər.

Ukraynanın ali təhsil müəssisələrindən məzun olmuş və ali təhsil ixtisasları ölkə ərazisində tanınmayan ərizəçilərlə bağlı müzakirələr aparılıb. Hər iki tərəfin ortaq təşəbbüsü ilə Ukrayna və Azərbaycan ali məktəblərinə kvalifikasiyaların tanınması prosesi ilə əlaqədar maarifləndirici seminarların təşkili perspektivləri nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.