DÜNYA
Kvebek məscidinə hücum nəticəsində ölənlərin milliyyəti barədə məlumat yayılıb
Bakı, 30 yanvar, AZƏRTAC
KİV-lər Kanadanın Kvebek şəhərində yerləşən məsciddə baş verən atışma nəticəsində həyatını itirən insanların milliyyəti barədə məlumat yayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məscidə hücum zamanı iki əlcəzairli, tunisli, mərakeşli və iki Qara Afrika (Saxara səhrasından cənubda yerləşən ölkələr) nümayəndəsi həlak olub.
Kanadanın Baş naziri Castin Trüdo və Kvebek əyalətinin Baş naziri hadisəni terror aktı adlandırıb.
Şahidlərin sözlərinə görə, insident zamanı məsciddə 40 nəfərədək insan olub. Atışma nəticəsində 6 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hücumda iştirak edən biri yerli, digəri isə Mərakeş əsilli iki şəxs həbs olunub. “Soleil” nəşrinin məlumatına əsasən, onlar Kvebek şəhərindəki “Laval” Universitetinin tələbələridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]