İDMAN
Kvyat: Bakıda cəsarət tələb olunur, Əbu-Dabidə isə robot kimi qaçırsan
Bakı, 22 iyun, AZƏRTAC
“Toro Rosso” komandasının pilotu Daniil Kvyat qeyd edib ki, müasir treklərin çoxundan fərqli olaraq bakı trasında yürüşçüdən cəsarət nümayiş etdirməsi tələb olunur.
AZƏRTAC xəbər verir ki, Kvyat deyib: “Zənnimcə, Bakı trası treklərin o tipinə aiddir ki, orada cəsarət, igidlik tələb olunur. Təqvimdə bu cür traslar görmək çox xoşdur. Cəsarət lazım olan traslarda siz ən kiçik bir səhvə görə asanlıqla cəzalandırıla bilərsiniz. Buna baxmayaraq, mümkün qədər hücum etməlisiniz. Mənim fikrimcə, biz müasir traslar arasında məhz bu cür trekləri tez-tez görmək istəyirik. Əlbəttə, bu trasların şəhərlərdə olması vacib deyil. Məsələn, dörd il bundan əvvəl mənim çıxış etdiyim Zandvort və ya Mucello traslarında heç bir təhlükəsizlik zonası yoxdur. İmola trası da bu qəbildəndir.
Kvyat daha sonra deyib: “Məsələn, Əbu-Dabidə cəsarət tələb olunmur, orada maşını robot kimi sürürsən. Əyləci basmaqda geciksən, çarxlar bloklanacaq, bu isə yalnız kədərlənməyə səbəb olacaq. Maşını vurmaq və ya onunla bərabər “uçmaq” təhlükəsi ilə əlaqədar heç bir təzyiq yoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]