ELM VƏ TƏHSİL


LƏNKƏRANDA MİNİ FUTBOL ÜZRƏRESPUBLİKA BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində 14-15 yaşlı futbolçular arasında keçirilən mini futbol üzrə respublika turniri başa çatmışdır.

Zona yarışlarında birinci və ikinci yerləri tutmuş 10 komanda qələbə uğrunda mübarizə aparmışdır.

Respublika birinciliyinin final mərhələsində daha inamlı oyun nümayiş etdirən Mingəçevir şəhərinin gənc futbolçuları birinci, Salyan idmançıları ikinci, Abşeron futbolçuları isə üçüncü yerləri tutmuşlar.

Qalib komandalarin idmançılarına medallar, diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.