MƏDƏNİYYƏT


“LƏNKƏRAN DÖVLƏT DRAM TEATRI” SƏNƏDLİ FİLMİ ÇƏKİLİR

Dövlət Teleradio Verilişləri Şirkətinin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Lənkəran Dövlət Dram Teatrı” sənədli filminin istehsalına başlanılmışdır.

Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ekran əsərinin ssenari müəllifləri Camal Yusifzadə və Əlisa Cabbarov, operatoru Adil Abbasovdur.

Filmdə Lənkəranda tarixən yaranmış teatr mühiti və ənənəsindən, aktyorların ömür yolundan, yaradıcılığından söhbət açılır.

“Lənkəran Dövlət Dram Teatrı” sənədli filmi aprel ayında dövlət televiziyası ilə ilk dəfə nümayiş etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.