İDMAN


LƏNKƏRAN ŞƏHƏR STADİONU AZƏRBAYCAN-FİNLANDİYA MATÇINA TAM HAZIRDIR

Lənkəran, 2 sentyabr (AZƏRTAC). Lənkəran şəhər stadionu futbol üzrə Dünya çempionatı-2010-nun seçmə mərhələsi çərçivəsində Azərbaycan və Finlandiya yığma komandaları arasında sentyabrın 5-də keçiriləcək oyuna tam hazırdır.

Azərbaycanın futbol tarixində milli komandamızın cənub bölgəsində reallaşdıracağı ilk rəsmi oyunun yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Lənkəran şəhərinin müxtəlif yerlərində və qonşu rayonlarda reklam lövhələri və afişalar asılmışdır. Bundan əlavə, “Cənub Televiziyası”nda vaxtaşırı olaraq qarşıdakı matç barədə məlumatlar yayımlanır.

Şəhərin mərkəzi stadionu yüksək zövqlə bəzədilmiş, ehtiyat oyunçular üçün İtaliyadan oturacaqlar gətirililmişdir. Meydançanın ot örtüyü də yaxşı vəziyyətdədir.

Satışa çıxarılan 12 min biletdən 6 mindən çoxu artıq satılmışdır. Azarkeşlər seçmə mərhələdə indiyərdək keçirdiyi 6 oyundan cəmi 1 xal qazanan və rəqib qapılarına qol vura bilməyən milli komandamızdan yalnız qələbə gözləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.