ELM VƏ TƏHSİL
LƏNKƏRAN TÜRK LİTSEYİNİN ŞAGİRDLƏRİ YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Lənkəran Özəl Türk Litseyinin şagirdləri Bakı şəhərində keçirilən məktəblilərin respublika fənn olimpiadasında yüksək nəticələr göstərərək, on bir mükafat qazanmışlar.
Litseyin səkkizinci sinif şagirdi Rüstəm Həşimov kompüter yarışmasında ən yaxşı nəticəni göstərərək Lənkərana qızıl medalla qayıtmışdır.
Şagirdlərdən Elvin Məmmədov, Pərvin Müzəffərov, Əkrəm Miriyev və Hikmət Məmmədov gümüş, Emin Məmmədov və İlkin Abbasov bürünc medallara layiq görülmüşlər. Litseyin dörd şagirdi isə tərifnamələrlə təltif olunmuşdur.
Ümumi komanda hesabında lənkəranlı məktəblilər Bakı Özəl Türk Litseyindən sonra respublika üzrə ikinci nəticəni göstərmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]