SİYASƏT
LATVİYADA REFERENDUMUN NƏTİCƏLƏRİ ELAN OLUNMUŞDUR
Latviyanın Avropa Birliyinə daxil olması ilə bağlı keçirilən ümumxalq səsvermənin nəticələri elan olunmuşdur.
AZƏRTAC xarici informasiya agentliklərinə istinadən xəbər verir ki, 1006 seçki məntəqəsində keçirilən səsvermənin nəticələrinə görə ölkə vətəndaşlarının 67 faizi Latviyanın Avropa Birliyinə daxil olmasına səs veriblər.
Əksəriyyəti rus millətindən olmaqla əhalinin 32,3 faizi ölkənin Birliyə daxil olmasının əleyhinə çıxış ediblər.
Əhalinin səsvermədə iştirakı 72, 53 faiz təşkil etmişdir.