İQTİSADİYYAT
LATVİYALI EKSPERTLƏRİN İŞTİRAKI İLƏ KURSLARA BAŞLANMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Latviya Baş Gömrük İdarəsinin mütəxəssisləri beş gün ərzində nəzəri məşgələlərdə risklərin müəyyənləşdirilməsi və onların amillərinin təhlili, yüklərlə və sərnişinlərlə bağlı risk amili, riskin yoxlanılması prosesi, məqsədi, məlumatların toplanması, kateqoriyaları, məlumat mənbəyi və sorğu qaydaları mövzularında mühazirələr oxuyacaqlar. Məşğələlərdə gömrük analitiklərinin işində istifadə olunan sistemlər, strateji, taktiki və əməliyyat məlumatları, riskin strukturunun təhlili məsələləri öyrəniləcəkdir.
Kursların açılışında Latviyalı ekspert Bayba Sedleniçe, DGK-nın idarə rəisləri Şahin Bağırov və Arif Əliyev məşğələlərin əhəmiyyətindən danışmış, mərkəzdə yaradılan şəraitin beynəlxalq standartlara cavab verdiyini söyləmiş, gömrük işində risk menecmentinin vacibliyini vurğulamış, iştirakçılara uğurlar arzulamışlar.