REGİONLAR
LAYİHƏ BAŞA ÇATMIŞDIR
Agentlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, layihə iki il müddətində Abşeronun Pirşağı, Qobustanın Çalov, Cəlilabadın Qarazəncir kəndlərində reallaşdırılmışdır. Bu müddətdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu əməkdaşlarının nəzarəti altında 6 fermer təsərrüfatında yerli və Quraq Zonalarda Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzindən (İCARDA) alınmış nümunələrdən yüksək məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı perspektiv sortlar seçilmiş, kiçik fermer təsərrüfatlarında səmərəli texnologiya ilə əkilərək toxumları artırılmışdır.
Bölgə üzrə 150-200 fermer seminarlar vasitəsilə layihənin nəticələri barədə məlumatlandırılmışdır.
Layihə müddətində əkilmiş 7,75 hektar sahədən 15,5 ton toxumluq məhsul istehsal edilmişdir. Özünü doğrultmuş sortlar isə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunacaqdır.