İDMAN
“LA Galaxу”nin stadionunun yanında Devid Bekhemin heykəli ucaldılacaq
Vaşinqton, 11 fevral, AZƏRTAC
“LA Galaxу” klubu öz stadionunun yanında futbol super ulduzu Devid Bekhemin heykəlini ucaldacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi nümayəndəsi Brendan Hannan bildirib. O, bu hadisənin martın 2-də, futbol mövsümündən əvvəl həyata keçəcəyini deyib.
Xatırladaq ki, “Mançester Yunayted” və “Real Madrid” komandalarında dünya səviyyəli məşhur ulduz karyerasından sonra Bekhem 2007-ci ildə “LA Galaxу” klubuna qatılıb və Los-Ancelesdə 6 mövsüm keçirib. O, “Dignitу Health Sports Park” stadionunda keçirilən MLS Amerika Futbol Liqası Kubokunun iki çempionatında iştirak edib. D.Bekhemin Amerika komandasına keçməsi Şimali Amerika Liqasının dünya nüfuzunun və ümumi keyfiyyətlərinin artmasına öz təsirini göstərib. O, həmçinin 2020-ci ildə oyunlara başlayacaq “MLS Inter Miami” klubunun şərikidir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton