DÜNYA
LENİNÇİLƏR İSTANBULDA PARTLAYIŞLAR TÖRƏDİRLƏR
AZƏRTAC-ın İstanbuldan aldığı xəbərdə deyilir ki, iyunun 22-də Türkiyənin bu ən iri şəhərində NATO-nun qarşıdakı zirvə toplantısı ilə əlaqədar partlayışlar seriyasında növbəti terror aktı törədilmişdir.
Nisbətən zəif güclü partlayıcı qurğunun işə salınması nəticəsində bir polis nəfəri yüngülcə yaralanmışdır. Rəsmi mənbələrin məlumatında bildirilir ki, bu hadisəyə görə məsuliyyəti Türkiyə Marksist-Leninçi Kommunist Partiyası öz üzərinə götürmüşdür.
Xatırladaq ki, iyunun 28-29-da Şimali Atlantika İttifaqının İstanbulda keçiriləcək zirvə toplantısında bir çox dövlət rəhbərləri ilə yanaşı, ABŞ Prezidenti Corc Buş, Böyük Britaniyanın Baş naziri Toni Bleyer və Fransa Prezidenti Jak Şirak da iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]