SİYASƏT


LEONİD KUÇMA: KORRUPSİYA ÖLKƏDƏ HƏYATIN BÜTÜN SAHƏLƏRİNİ BÜRÜMÜŞDÜR

AZƏRTAC-ın müxbirinin Kiyevdən verdiyi xəbərə görə, Ukrayna Prezidenti Leonid Kuçma mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə və insan hüquqlarının qorunması problemlərinə həsr olunmuş ümumukrayna müşavirəsində bildirmişdir ki, korrupsiya ölkədə həyatın bütün sahələrini, xüsusilə də energetika, aqrosənaye kompleksi, xarici iqtisadi fəaliyyət, bank sistemi, özəlləşdirmə, büdcə, sahibkarlıq sahələrini bürümüşdür. L.Kuçma korrupsiyanın hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində yayıldığını da vurğulamışdır. Prezident demişdir: “Biz vəziyyəti kökündən dəyişdirməliyik. Nə qədər mane olsalar da, mən korrupsiya əleyhinə amansız, real siyasət aparılmasını qətiyyətlə tələb edəcəyəm”.

O, qeyd etmişdir ki, bəziləri “prezident seçkiləri ilində özbaşınalıqdan və xaosdan istifadə edərək, gizli prosesləri fəallaşdırmaq istəyirlər. Qoy, onlar buna ümid bəsləməsinlər, xaos olmayacaqdır”.

Ukrayna DİN-dən verilən məlumata görə, ötən il korrupsiya faktı üzrə 19 cinayət işi qaldırılmış, 973 vəzifəli şəxs cərimə olunmuş, 88 nəfər isə vəzifəsindən azad edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.