SİYASƏT
LEONİD KUÇMA ÜÇÜNCÜ DƏFƏ PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRMƏYƏCƏK
AZƏRTAC-ın müxbirinin Kiyevdən verdiyi xəbərə görə, Ukrayna Prezidenti Leonid Kuçma bir daha bəyan etmişdir ki, üçüncü dəfə prezidentliyə namizədliyini heç bir halda irəli sürməyəcəkdir. Mətbuat konfransında çıxış edən Kuçma bu barədə ona tez-tez sual verilməsindən təəccübləndiyini bildirmişdir. O demişdir: “Mən bu məsələ ilə əlaqədar dəqiq mövqeyimi açıqlamışam”.
Baş nazir Viktor Yanukoviç, Mərkəzi Bankın başçısı Sergey Tigipko və Xalq Demokratik Partiyasının lideri Valeri Pustovoytenko prezident vəzifəsi uğrunda mübarizə aparmaq niyyətində olduqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:08]
Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
- 25.04.2024 [18:21]
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib
- 25.04.2024 [16:35]