SİYASƏT
LEONİD KUÇMA (Ukraynanın Prezidenti):
HEYDƏR ƏLİYEVİN FƏDAKARCASINA FƏALİYYƏTİ OLMADAN AZƏRBAYCAN DÖVLƏTİNİN DİRÇƏLİŞİ MÜMKÜN DEYİLDİ
...Mənim dərin əqidəmə görə, görkəmli dövlət xadimi, siyasi xadim və bütün varlığı ilə Azərbaycan xalqına bağlı insan kimi Sizin fədakarcasına fəaliyyətiniz olmadan dövlətinizin dirçəlişi, demokratik cəmiyyətin təşəkkül tapması və əsaslı iqtisadi dəyişikliklər prosesi mümkün deyildir.
Ölkənizdə seçkilərin nəticələri parlaq şəkildə təsdiq etmişdir ki, Azərbaycan xalqı Sizin müdrikliyinizə inanır və Sizin simanızda Azərbaycanı firavanlığa və əmin-amanlığa inamla aparan bir rəhbər görür. Məhz Sizin səyləriniz sayəsində dünya birliyi ölkənizə dərin hörmətlə yanaşır və haqlı olaraq, onu regionda sülhün və sabitliyin dayağı sayır.
Ürəkdən şadam ki, Sizin simanızda Ukrayna özünə yaxın və etibarlı dost tapmışdır”.
oktyabr 1998-ci il.
X X X
“Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Bizim dostluq münasibətlərimiz onun sayəsində inkişaf edib möhkəmlənmişdir. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcəkdir”.
dekabr 2003-cü il.