ELM VƏ TƏHSİL


LERİKDƏ YENİ MƏKTƏBLƏR TİKİLƏCƏKDİR

Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 4 oktyabr tarixli Sərəncamına əsasən Lerikin Biləvər kəndində yeni məktəb binası inşa ediləcəkdir.

Rayon icra hakimiyyətində müxbirimizə demişlər ki, Lerik qəsəbəsindəki 2 nömrəli və Rvarud kənd orta məktəbləri də əsaslı təmir olunacaqdır. Həmin obyektlərin layihə-smeta sənədləri hazırlanıb müsabiqəyə çıxarılmışdır. Yaxın günlərdə müsabiqənin qalibi müəyyənləşdiriləcək və tikinti işləri başlanacaqdır.

Ümumiyyətlə, rayonun 12 kənd məktəbinin binaları daxili imkanlar hesabına cari təmir edilmişdir, 14 məktəbdə isə təmir işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.