DÜNYA


“LG” və “Samsung” İran şirkətləri ilə əməkdaşlığı dayandırıb

Tehran, 15 fevral, AZƏRTAC

Koreya Respublikasının “LG” və “Samsung” şirkətləri İran firmaları ilə əməkdaşlıq əlaqələrini kəsib.

AZƏRTAC xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Müsəvi “Twitter” hesabında yazıb. O vurğulayıb ki, İran pis günündə onun yanında olanları heç vaxt unutmayacaq. ABŞ-ın təzyiqlərindən qorxaraq İran bazarını tərk edən “LG” və “Samsung” şirkətlərinin bu bazara yenidən qayıdışı çox çətin olacaq.

Hazırda Tehran və digər şəhərlərdə fəaliyyət göstərən mağaza və ticarət mərkəzlərində “Samsung”la “LG” şirkətlərinin reklam lövhələri yığışdırılır. Televiziya və radioda bu şirkətlərin reklamına qadağa qoyulub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.