LİBERİYANIN PAYTAXTI UĞRUNDA DÖYÜŞLƏRDƏ AZI 20 NƏFƏR HƏLAK OLMUŞDUR
AzerTAg.az
Liberiyada ölkənin paytaxtı Monroviya uğrunda üsyançılarla hökumət qoşunları arasında gedən döyüşlərdə ən azı 20 nəfər həlak olmuşdur.
AZƏRTAC İTAR-TASS-a istinadən xəbər verir ki, bazar günü əsas üsyançı qruplaşmasının-Barışıq və Demokratiya Uğrunda Birləşmiş Liberiyalıların (BDUBL) döyüşçüləri şəhərin mərkəzinə yaxınlaşmışlar. Şahidlərin dediyinə görə, onlar ölkənin ali rəhbərliyinin, o cümlədən prezident Çarlz Teylorun iqamətgahlarının yerləşdiyi Konqo Taun rayonunu nəzarət altına almaq istəyirlər.
BDUBL üsyançıları Liberiyada 2000-ci ilin ortalarından başlayaraq vətəndaş müharibəsi aparırlar. Onların məqsədi Çarlz Teyloru devirmək və ölkədə azad seçkilər keçirməkdir. Teylor özü isə bəyan edir ki, Liberiyanı yalnız xarici sülhməramlı qüvvələr Monroviyaya gələndən sonra tərk edəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var