SİYASƏT
LİTVA AMERİKANIN 51-Cİ ŞTATI OLMAQ İSTƏYİR
“Əgər Fransa Litvanın Avropa Birliyinə daxil olması haqqında müqaviləni təsdiq etməsə, o zaman biz ABŞ-ın 51-ci ştatı olmaq barədə xahiş edə bilərik”. Bu təklifi Vilnüsdə Seymin deputatı, xristian-demokrat Pyatras Qrajulis irəli sürmüşdür. Bu barədə “İzvestiya” qəzetinin internet versiyasında məlumat verilir.
Siyasətçi belə hesab edir ki, bu seçim respublikaya Avropa Birliyinin üzvlüyündən daha böyük təhlükəsizlik bəxş edər. Deputat Qrajulisin sözlərinə görə, okeandan uzaqda ştatın peyda olması Amerika üçün də əlverişlidir. Çünki Vilnüs və Klaypeda arasındakı ərazidə heç bir diplomatik süründürmə olmadan “istənilən həcmli və təyinatlı hərbi baza yerləşdirmək mümkündür, bu isə Litvanın digər qonşularının da sabitliyi üçün təminat olardı”.