Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

LİTVA PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ

Martın 12-də axşam Litva parlamentinin xarici işlər komitəsinin sədri Gediminas Kirkilas başda olmaqla, bu ölkənin qanunvericilik orqanlarının nümayəndə heyəti Bakıya gəlmişdir.

Ertəsi gün qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil, şəhidlərin məzarları üstünə gül dəstələri qoymuşlar.

X X X

Nümayəndə heyəti həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovla görüşmüşdür.

S.Seyidov AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyevin səmimi salamlarını qonaqlara çatdıraraq dedi ki, o, Litva parlamentinin nümayəndə heyəti ilə görüşmək arzusunda idi, lakin indi xarici səfərdədir.

Komissiyanın sədri bildirdi ki, Azərbaycan Baltikyanı respublikalarla əməkdaşlığa da xüsusi əhəmiyyət verir. Litvanın inkişafı, Avropa strukturlarında onun rolunun artması bizim diqqətimizdən kənar qala bilməz. Avropa Şurasında bəzi məsələlərin müzakirəsi zamanı Azərbaycan və Litva deputatları eyni mövqedən çıxış edirlər.

Qonaqlara Ermənistanın Azərbaycana təcavüzü və bunun ölkəmiz üçün ağır nəticələri, bu problemin sülh yolu ilə həlli sahəsində ölkəmizin göstərdiyi səylər haqqında məlumat verildi.

Səmimi salamına görə İlham Əliyevə təşəkkürünü bildirən Gediminas Kirkilas dedi ki, əvvəllər Azərbaycan Avropa ilə Şərq arasında körpü rolunu oynayırdı. İndi isə Azərbaycanla Avropanın birləşməsi layihəsi başa çatmaq üzrədir və bu da Litvanın diqqətindən yayına bilməz. Litva Avropa Birliyinə daxil olmaq üçün mayın 11-də referendum keçirəcəkdir. Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın parlament nümayəndə heyəti referendumu müşahidə etmək üçün Litvaya dəvət olunurlar. Litva NATO-ya da dəvət alıb və bu təşkilata üzvlük məsələsi də öz müsbət həllini tapacaqdır. Avropa məkanına daxil olduqdan sonra Litvanın imkanları daha da artacaqdır. Odur ki, Litva hökuməti Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq etmək istəyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi oldu.

X X X

Litva parlamenti Xarici işlər komitəsinin sədri Gediminas Kirkilasın başçılıq etdiyi nümayəndə heyəti martın 13-də Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə ilə görüşmüşdür.

A.Rəhimzadə qonaqları salamlayaraq xatırlatdı ki, Azərbaycanla Litva arasında əlaqələr keçmişdən mövcuddur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində milliyyətcə litvalı vətəndaş da vardı. Ölkəmiz Avropa Şurasına üzv qəbul olunarkən litvalı deputatlar Azərbaycanın mövqeyini müdafiə etmişlər. Biz Avropa məkanında mühüm yer tutan Litva ilə əlaqələrin inkişafında maraqlıyıq və çox istərdik ki, Litva da Azərbaycanın regiondakı mövqeyini qiymətləndirə bilsin.

Milli Məclis sədrinin birinci müavini dedi ki, Azərbaycan parlamentinin nümayəndə heyəti 1995-ci ildə Litvada olmuş və bu ölkənin iqtisadi, aqrar, eləcə də qanunvericilik sahələrindəki təcrübəsini öyrənmişdir. Hazırda Azərbaycan iqtisadi inkişaf yolundadır, lakin Ermənistanın hərbi təcavüzünün davam etməsi, torpaqlarımızın 20 faizinin işğal altında qalması buna çox mane olur.

A.Rəhimzadə münaqişənin əsl səbəbləri, Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə danışaraq bildirdi ki, erməni lobbisinin təsiri nəticəsində bəzi dövlətlər və beynəlxalq təşkilatlar məsələyə ikili standartlardan yanaşırlar. Ümid edirik ki, Litva Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəkdir.

Parlament sədrinin birinci müavini ölkələrimiz arasında iqtisadi əlaqələrin hələ istənilən səviyyədə olmadığını da xatırlatdı.

Cənab Kirkilas dedi ki, onun ölkəsi Azərbaycana xüsusi maraq göstərir. Azərbaycan indi təkcə iqtisadi cəhətdən deyil, coğrafi-siyasi baxımdan da diqqət mərkəzindədir. Ölkəniz öz təbii sərvətləri ilə hamını cəlb edir. Qonaq bildirdi ki, Litvanın baş naziri iqtisadi əlaqələrin inkişafına dair hökumətin hazırladığı layihəni Azərbaycanın Nazirlər Kabinetinə göndərmişdir və hesab edirik, bu, ölkələrimizin iqtisadi və digər sahələrdə əməkdaşlığının inkişafına təkan verəcəkdir.

Nümayəndə heyətinin başçısı dedi ki, biz Azərbaycan Prezidenti Heydər Əliyevin Litvaya səfərini səbirsizliklə gözləyirik.

Gediminas Kirkilas onu da bildirdi ki, yaxın vaxtlarda Litva parlamentində Azərbaycan parlamenti ilə dostluq qrupu yaradılacaqdır.

A.Rəhimzadə dedi ki, hazırda Milli Məclis prezident, parlament və bələdiyyə seçkilərinin, eləcə də referendum keçirilməsi qaydalarını özündə əks etdirəcək Seçki Məcəlləsinin layihəsini müzakirə edir. Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək və əminik ki, Heydər Əliyev yenidən 5 il müddətinə dövlət başçısı seçiləcəkdir.

Görüşdə digər məsələlər ətrafında da söhbət getdi.

Milli Məclisdə keçirilən görüşlərdə Litvanın Türkiyə və Azərbaycandakı səfiri Qalina Kobeskayte iştirak edirdi.

X X X

Litvalı qonaqlar daha sonra xalça muzeyinə getdilər, Azərbaycan paytaxtının görməli yerləri ilə tanış oldular.

Martın 14-də Litva parlamentinin nümayəndə heyəti Tbilisiyə yola düşmüşdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB