Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

LİVİYA İNQİLABININ RƏHBƏRİ, LİVİYA ƏRƏB SOSİALİST XALQ CƏMAHİRİYYƏSİNİN BAŞÇISI ZATİ-ALİLƏRİ CƏNAB MÜƏMMƏR ƏL-QƏZZAFİYƏ

Hörmətli cənab Başçı,

Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin milli bayramı – Böyük inqilab günü münasibətilə Sizi salamlayır, Sizin simanızda bütün xalqınıza təbriklərimizi yetirirəm.

Ümidvar olduğumu bildirirəm ki, Azərbaycan-Liviya münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Liviya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin