İQTİSADİYYAT
LİZİNQ İQTİSADİ İNKİŞAFIN MÜHÜM VASİTƏSİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, beynəlxalq konfrans çərçivəsində işçi qruplarının iclaslarında “Lizinq qanunvericiliyi. Mövcud vəziyyət və perspektivlər”, “Lizinq sektoruna investisiyanın cəlb edilməsi”, “Lizinqin vergilərə cəlb edilməsi və mühasibat uçotu”, “Səmərəli lizinq əməliyyatının qurulması” mövzularında hüquqşünasların, bank işçilərinin, ekspertlərin, habelə “Azərbaycanda lizinqin inkişafı layihəsi” təmsilçilərinin məruzələri dinlənildi. Beynəlxalq Maliyyə Korporasiyasının, Sahibkarlığa Kömək Milli Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının, TASİS Proqramının, digər beynəlxalq və respublika təşkilatlarının nümayəndələri lizinqin rolu və yeri, onun inkişafı yolları barədə fikir və mülahizələrini söylədilər, dəyərli məsləhətlər verdilər.
Konfransda müzakirə olunan məsələlər ətrafında geniş diskussiya aparıldı, lizinqlə bağlı suallar cavablandırıldı.