DÜNYA
LONDONDA AVTOMAT AVTOBUSLAR PEYDA OLA BİLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniyada sürücüsüz hərəkət edə bilən, öz-özünə idarə olunan şəhər avtobusu yaratmışlar. O, peyklə idarəolunma, mürəkkəb naviqasiya sistemi ilə, habelə toqquşmaların və digər yol problemlərinin qarşısını almağa imkan verən sürət və hərəkətin istiqamətinə nəzarət sistemləri ilə təchiz edilmişdir. Sərnişinlər avtobusa dayanacaqda olmaları barədə mobil telefonlarla və yaxud digər aparatların köməyi ilə xəbər verə biləcəklər.
Avtobusun test modeli gələn il yığılacaq və bundan sonra o, şəhər mühitindən kənarda, ola bilsin, hava limanında sınaqdan keçiriləcəkdir. Belə avtobus küçələrdə ən azı bir neçə ildən sonra görünə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]