LONDON MƏHKƏMƏSİNDƏ MÜSƏLMAN QƏBİRLƏRİNİN TƏHQİR EDİLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİNƏ BAXILIR
AzerTAg.az
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Londonun kral məhkəməsində 14, 15, 17 yaşlarında üç yeniyetmədən ibarət qrupun törətdiyi cinayət işinə baxılır. Cinayət törədənlər Londonun cənubundakı Çarlton qəbiristanı ərazisinə daxil olaraq, 47 türkün məzarını təhqir etmişlər. Onlar başdaşlarını sındırmış, qəbir daşlarını yerindən oynatmış və məzarların üstünə qoyulan fotoşəkilləri cırmışlar.
Yeniyetmələr törədiklərini boyunlarına alsalar da, bunun dinə nifrət zəminində baş verdiyini inkar etmişlər. Lakin məhkəmədə nümayiş etdirilən 10 dəqiqəlik videoyazı vandalların əsil məkrini üzə çıxarmış, qəbiristandakı cinayətin qəsdən və şüurlu surətdə törədildiyi təsdiq olunmuşdur. Həmin qrup London qəbiristanında bu cür vəhşilikləri dəfələrlə törətmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var