MƏDƏNİYYƏT
“LONDON MƏNİM GÖZÜMLƏ” ADLI MÜSABİQƏ-SƏRGİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Beynəlxalq Tələbə Təşkilatının və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin birgə təşəbbüsü ilə
Azərbaycan Miniatür Sənəti Mərkəzində uşaq və yeniyetmə rəssamlarımızın əsərlərindən ibarət “London mənim gözümlə” adlı müsabiqə-sərgi keçirilmişdir.
Sərgidə 85 nəfərin rəngkarlıq, qrafika, tətbiqi sənət janrlarında işləri nümayiş etdirilir.
Mərasimdə çıxış edənlər Böyük Britaniya ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışlar.
Tədbirdə münsiflər heyətinin qərarı ilə qaliblərə diplom və mükafatlar təqdim olunmuşdur.