İQTİSADİYYAT
“LOTEREYALAR HAQQINDA” QANUN LAYİHƏSİÜÇÜNCÜ OXUNUŞA HAZIRDIR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının iclasında “Lotereyalar haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu qanun ölkədə lotereya bazarının təşkili, lotereya oyunlarının keçirilməsi qaydalarını, uduşların məbləğinin müəyyənləşdirilməsi və digər prinsiplərin hüquqi bazasını təşkil edəcəkdir. Layihənin parlamentdə birinci və ikinci oxunuşlarının müzakirəsi zamanı bir sıra irad və təkliflər səslənmişdir. Həmin təkliflər işçi qrupu tərəfindən öyrənilmiş və məqbul sayılanlar nəzərə alınmışdır. Nəticədə, beynəlxalq standartlara tam cavab verən qanun layihəsi hazırlanmışdır.
Geniş müzakirədən sonra layihənin Milli Məclisin yaz sessiyasında üçüncü oxunuşa çıxarılması qərara alınmışdır.