DÜNYA
LUÇANO PAVAROTTİDƏ CƏRRAHİYYƏ ƏMƏLİYYATI APARILMIŞDIR
Müğənninin Finlandiya, Norveç, Avstriya, İsveçrə və Portuqaliyada nəzərdə tutulan konsertləri təxirə salınmışdır. Pavarottinin mətbuat katibi müğənninin səhnəyə 2007-ci ilin əvvəllərində qayıdacağını istisna etmir. Pavarottinin belindəki ağrılara görə aprel-iyun aylarında 13 konserti baş tutmamışdır.
Müğənni ağır çəkisinə və diz ağrılarına görə teatr səhnələrindəki çıxışlarını inişil dayandırsa da, konsert fəaliyyətini davam etdirirdi.
L.Pavarottinin opera səhnəsində ilk çıxışı Puççininin “Bohema” operasında Rodolfo rolunda olmuşdur. 43 il ərzində o, Nyu-Yorkdakı Metropoliten-Operada 379 dəfə, Milanın “La Skala” teatrında 140, Londonun Kral operasında 100, San-Fransisko, Çikaqo, Paris opera teatrlarının hər birində 76 dəfə, Vyana opera teatrında 45 dəfə çıxış etmişdir.