İQTİSADİYYAT


“LUKOYL” MİSİRDƏ ƏN İRİ NEFT İSTEHSALÇILARINDAN BİRİ OLMAQ NİYYƏTİNDƏDİR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, bunu Rusiyanın bu neft şirkətinin Qahirədə təqdim edilməsi mərasimində “LUKoyl” Oversiz” holdinqinin prezidenti Andrey Kuzyayev bildirmişdir.

Kuzyayevin sözlərinə görə, təqdimat mərasimindən məqsəd Misirin neft-qaz sektorunun imkanları və “LUKoyl”un bu ölkədə fəaliyyəti ilə tanış olmaq idi. O demişdir: “Burada işlədiyimiz 8 ildə biz sərmayəçidən iri neft-qaz layihələrinin operatorunadək böyük bir yol keçmişik. Geoloji kəşfiyyat layihələrimiz uğurlu olsa, Misirin neft-qaz sahəsinə sərmayələrimizin həcmi 400 milyon dollara çatacaq və ölkədə ümummilli neft istehsalının 10 faizindən çoxu “LUKoyl”un payına düşəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.