DÜNYA
“LUKOYL” QAZAXISTANDA FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Qazaxıstanın Baş naziri Danial Əhmədov Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul etmişdir. Görüşdə bu şirkətin Qazaxıstanda fəaliyyəti, “Qaraçanaq”, “TŞO”, “Torqay Petroleum” neft-qaz layihələrinə, “Xvalın” yatağındakı kəşfiyyat işlərinə cəlb edilməsi məsələləri müzakirə olunmuşdur. Baş nazir qeyd etmişdir ki, Qazaxıstan tərəfi birgə proqramların həyata keçirilməsində maraqlıdır.
AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “LUKoyl” şirkəti son 8 il ərzində Qazaxıstan iqtisadiyyatına 1,5 milyard dollar sərmayə qoymuşdur. İndi işçi qrupu “Dostık” yatağında kəşfiyyat işləri aparmaqdan ötrü dəyəri 3 milyard dollara yaxın olan müqaviləni imzalamaq üçün hazırlayır.
V.Ələkbərov demişdir: “Biz ilk dəfə olaraq Qazaxıstanda “QazMunayQaz”la paritet əsasda işə başlayırıq. İmzaladığımız müqaviləyə əsasən, geoloji kəşfiyyat işlərinin maliyyələşdirilməsini bizim şirkət həyata keçirəcəkdir. Zənnimcə, bu müqavilə Qazaxıstan iqtisadiyyatının inkişafında yeni mərhələ olacaqdır.