DÜNYA
“LUKOYL” SƏUDİYYƏ ƏRƏBİSTANINDA QAZ ÇIXARACAQ
Müqaviləyə uyğun olaraq, geoloji kəşfiyyat dövrü 5 ildir. Bu müddət ərzində “LUKoyl” azı 9 kəşfiyyat quyusu qazacaqdır. Geoloji kəşfiyyat proqramının həyata keçirilməsi üçün “LUKoyl” şirkəti xərclərinin həcmi 215 milyon dollar təşkil edəcəkdir.
AZƏRTAC-ın Moskva müxbiri “LUKoyl”un mətbuat xidmətinə istinadla xəbər verir ki, layihənin həyata keçirilməsi üçün “Səudi Aramco” dövlət neft şirkəti ilə birlikdə müştərək müəssisə yaradılmışdır. “LUKoyl Səudi Ərəbiyyə Enerci ltd.” adlanan bu müəssisədə iştirak payının 80 faizi “LUKoyl”un olacaqdır. Kəşfiyyat işləri uğurla nəticələnərsə, hasil edilən qaz Səudiyyə Ərəbistanının daxili bazarına göndəriləcəkdir. Müqavilədə qaz kondensatını və yüngül karbohiurogenlərin geniş fraksiyalarını ixrac etməyin mümkünlüyü də nəzərdə tutulmuşdur.