Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

LÜKSEMBURQUN BÖYÜK HERSOQU ƏLAHƏZRƏT ANRİYƏ

Əlahəzrət, 

Lüksemburq Böyük Hersoqluğunun milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin