DÜNYA
“LUKoil” 2023-cü ildə Xəzərdəki yeni yataqdan kommersiya neft hasilatına başlamağı planlaşdırır
Bakı, 16 oktyabr, AZƏRTAC
Rusiyanın “LUKoil” şirkəti 2023-cü ildə Xəzər dənizindəki yeni “Rakushechnoye” yatağında kommersiya neft hasilatını həyata keçirmək niyyətindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2023-cü ildə yataqdan təxminən 1,2 milyon ton səviyyəsində ticari xam neft istehsalına başlanması gözlənilir. Yatağın ehtiyatları 39 milyon ton neft və təxminən 33 milyard kubmetr qaz qiymətləndirilir.
“LUKoil” Xəzərdəki “Vladimir Filanovski” və “Yuri Korçagin” yataqlarının işlənməsini həyata keçirir. “LUKoil” indiyədək Xəzər dənizində 10 yataq aşkar edib, bu yataqların karbohidrogen ehtiyatları 7 milyard barrel neft ekvivalentidir.