DÜNYA


“LUKoil” Qazaxıstan iqtisadiyyatına 9 milyard dollaradək sərmayə yatırıb

Astana, 19 fevral, AZƏRTAC

“LUKoil” Qazaxıstan iqtisadiyyatına 9 milyard dollaradək sərmayə yatırıb.

AZƏRTAC Qazaxıstan prezidentinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb. Görüşdə neft-qaz sənayesində gələcək investisiya əməkdaşlığı məsələlərini müzakirə edilib. Qazaxıstan Prezidenti “KazMunayGaz” və “LUKoil” şirkətləri arasında tərəfdaşlığın müsbət dinamik inkişafını və effektivliyini vurğulayıb.

O, Qazaxıstanın ən əhəmiyyətli investorlarından biri olan “LUKoil”un ölkənin iqtisadiyyatına təxminən 9 milyard dollar sərmayə qoyduğunun bildirib.

“LUKoil” şirkətinin Xəzərin Qazaxıstan hissəsində karbohidrogen hasilatı üçün “Jenis” layihəsinin birgə həyata keçirilməsi barədə məlumat verilib. Qabaqcıl texnologiyalardan istifadə edilməklə yeni karbohidrogen yataqlarının aşkar olunması üçün birgə səylər müzakirə edilib. Şirkət Qazaxıstanın Energetika nazirliyi tərəfindən hazırlanan 2021-2025-ci illər üçün geoloji tədqiqat proqramında iştirak edəcək.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.