DÜNYA


“LUKoil” ilə “KazMunayGaz” Qazaxıstanda yeraltı yataqları birgə tədqiq edəcəklər

Almatı, 20 sentyabr, AZƏRTAC

Qazaxıstanın milli "KazMunayGaz" şirkəti və Rusiyanın "LUKoil" neft şirkəti Almatıda ölkədə faydalı qazıntıların birgə kəşfiyyatı haqqında saziş imzalayıblar.

AZƏRTAC xəbər verir ki, sənədi “LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov və "KazMunayQaz" ASC-nin idarə heyətinin sədri Alik Aydarbayev imzalayıblar.

Hər iki şirkət əməkdaşlıq üçün əsas şərtləri razılaşdırıb və Qazaxıstanın bəzi ərazilərin karbohidrogen potensialını qiymətləndirmək məqsədilə yeraltı sahənin tədqiqinə başlamağa hazır olduqlarını bildiriblər.

Saziş 2 neft şirkəti arasında uzunmüddətli və səmərəli əməkdaşlığın davamıdır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.