CƏMİYYƏT


“La Depeche” portalı Fransada Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsindən yazıb

Paris, 23 sentyabr, AZƏRTAC

“La Depeche” portalında Fransadakı səfirliyimizin dəstəyi və təşkilatçılığı ilə Vayssakda Kabertata Partizan Hərəkatı 3-cü Qusar polkunun üzvü, Fransa ordusunda döyüşmüş azərbaycanlı əsgər Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş tədbirdən bəhs edən “Vayssak: müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun xatirəsi ehtiramla anılıb” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Dünya müharibəsi zamanı Fransanın Cənub-Qərb bölgəsində döyüşmüş azərbaycanlı əsgərlər, xüsusilə də Əhmədiyyə Cəbrayılov haqqında məlumat verilib. Fransanın azadlığı uğrunda döyüşlərdə Ə.Cəbrayılovun, eləcə də bir çox digər azərbaycanlıların göstərdiyi şücaətlərdən söz açılıb.

Bildirilib ki, anım tədbirində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Böyük Montoban aqlomerasiyasının rəhbəri xanım Brijit Barej, Vayssakın meri Fransis Delmas, eləcə də qonşu şəhərlərin merləri, Tuluz azərbaycanlılarının nümayəndə heyəti, yerli sakinlər iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəşadətli döyüş yolu keçmiş, xalqımızın mərd oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncam çərçivəsində Fransadakı səfirliyimiz Əhmədiyyə Cəbrayılovun xatirəsinin anılması münasibətilə xüsusi tədbirlər planı hazırlayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.