İDMAN
La Liqa: “Atletiko Madrid” qələbə qazanaraq üçüncü yerə yüksəlib
Bakı, 24 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 23-də futbol üzrə İspaniya La Liqasının 31-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, çempionatın favoritlərindən sayılan “Atletiko Madrid” səfərdə “Levante”nin qonağı olub. Görüş Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunun taleyini həll edən qol matçın 15-ci dəqiqəsində vurulub. Dieqo Kostanın zərbəsindən sonra top “Levante”nin futbolçusu Bruno Qonsalesin ayağına dəyərək qapıdan keçib. Bu qələbədən sonra “Atletiko Madrid” xal ehtiyatını 55-ə çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Levante” isə 38 xalla 11-ci yerdə qərarlaşıb.
Növbəti turda “Atletiko Madrid” səfərdə “Barselona”nın qonağı olacaq. “Levante” isə öz meydanında “Real Betis” klubunu qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [16:57]
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]