İDMAN


La Liqa: “Real Madrid” növbəti qələbəsini qazanaraq liderliyin davam etdirir

Bakı, 11 iyul, Nicat Məmmədov, AZƏRTAC

İspaniya La Liqasının 35-ci turunun oyunlarına “Real Madrid” - “Deportivo Alaves” görüşü ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Alfredo Di Stefano stadionunda keçirilən oyun Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri hesabı oyunun 11-ci dəqiqəsində Kərim Benzemanın sayəsində açıblar.

Fasilədən sonra Marko Asensio rəqibin qapısına ikinci topu keçirərək komandasına çempionluq yolunda vacib üç xalı qazandırıb.

Bu qələbə sayəsində xal ehtiyatını 80-ə çatdıran madridlilər turnir cədvəlində liderliyin davam etdirir və əzəli rəqibi “Barselona”dan 4 xal irəlidədir.

“Deportivo Alaves” isə 35 xalla 17-ci yerdə qərarlaşıb.

Növbəti turda “Real Madrid” səfərdə “Qranada”nın qonağı olacaq. “Barselona” isə öz meydanında “Osasuna”nı qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.