İDMAN


La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 13 may, AZƏRTAC

“Espanyol” futbol klubu baş məşqçisi Visente Moreno ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qırx yeddi yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Moreno 2020-ci ilin avqustundan İspaniya təmsilçisini çalışdırıb.

Qeyd edək ki, “Espanyol” Morenonun rəhbərliyi altında bu mövsüm La Liqada çıxdığı 36 oyunda 10 qələbə qazanıb, 16 dəfə məğlub olub və 10 dəfə heç-heçə edib. Komanda turnir cədvəlində 40 xalla 13-cüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.