İDMAN


La Liqa klubu heyətini argentinalı müdafiəçi ilə gücləndirib

Bakı, 14 yanvar, AZƏRTAC

İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, La Liqa təmsilçisi argentinalı müdafiəçi Nauel Tenaqlianı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İyirmi beş yaşlı futbolçu Argentinanın “Talyeres” klubundan icarəyə götürülüb. O, 2023-cü ilin dekabrınadək “Alaves”də çıxış edəcək.

N.Tenaqlia cari mövsüm Argentina çempionatında 24 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Müdafiəçi daha əvvəl “Atlanta”da da çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.