İDMAN


La Liqanın son çempionu mövsümə qalibiyyətlə başlayıb

Bakı, 15 avqust, AZƏRTAC

Futbol üzrə İspaniya La Liqasında ötən mövsümün çempionu "Real Madrid" klubu yeni mövsümə qalibiyyətlə başlayıb.

AZƏRTAC xəbər verir ki, son çempion 2022-2023-cü il mövsümünün ilk oyununda La Liqaya yeni yüksələn “Almeriya” ilə qarşılaşıb.

Matçın 6-cı dəqiqəsində ev sahibləri Large Ramazaninin atdığı qolla ilk hissəni 1:0 öndə bitirib.

İkinci hissədə hücum oyunu sərgiləyən “Real Madrid” Lukas Vaskezin (65) və David Alabanın (71) qolları ilə hesabda önə keçib. Bununla da "Kral klubu" mövsümə 3 xalla start verib.

“Barselona” klubu isə mövsümə heç-heçə ilə başlayıb. Doxsan dəqiqə ərzində qapılara qol vurulmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.