DÜNYA


La-Palmada vulkan püskürməsi bu adaya təqribən 700 milyon avro ziyan vurub

Madrid, 19 noyabr, AZƏRTAC

La-Palma adasında (Kanar adaları) artıq iki ay davam edən Kumbre-Vyexa vulkanının püskürməsi bu adaya təqribən 700 milyon avro dəyərində ziyan vurub.

AZƏRTAC xəbər verir ki, bu məlumatı İspaniyanın Kanar adaları arxipelaqının Prezidenti Anxel Viktor Torres bəyan edib.

A.Torresin sözlərinə görə, La-Palma adası Avropa İttifaqından yardım almaq hüququna malik olması üçün o, ümumi daxili məhsulun 1 faizindən çox (təqribən 430 milyon avro məbləğində) ziyana düşməsini qeydiyyata aldırmalıdır. Beləliklə, dəyəri təqribən 700 milyon avro hesab edilən ziyan Kanar adalarının bu ictimai resurslardan istifadə etməsinə imkan verəcək.

Kumbre-Vyexa vulkanının püskürməsi nəticəsində adada 866,1 hektar ərazi məhv olub, 2 mindən çox bina dağılıb.

Adanın hakimiyyət orqanlarının fikrincə, Kumbre-Vyexa vulkanının püskürməsi La-Palmanın ən yeni tarixində ən pis hadisədir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.