SİYASƏT


“La Vanguardia”: Bakıda döyüş çağırışı: “Qarabağ Azərbaycandır!”

Madrid, 12 oktyabr, AZƏRTAC 

İspaniyanın “La Vanguardia” qəzetində “Bakıda döyüş çağırışı: “Qarabağ Azərbaycandır!” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə “Qarabağ Azərbaycandır!” kəlamının Bakıda istər sosial mediada, istər televiziyada, dükanlarda və ya dayanacaqlarda şüara çevrildiyi diqqətə çatdırılır. Hər kəs doğma torpaqlarının geri qaytarılması arzusu ilə yaşayır.

İspan nəşri doğma kəndləri erməni işğalından azad edilmiş dinc sakinlərin səmimi sevinc sözlərinə də yer verir: “Vətənimizin bütövlüyünün bərpa edilməsi çox vacibdir. Qoşunlarımızın hücumu bizi qanadlandırır və torpaqlarımızın azad edilməsinə ümid verir. Müharibə son düşmən əsgəri ərazimizi tərk edənə qədər davam etməlidir. Ermənistan yeni reallığı nəzərə almalı və qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə həmişəlik barışmalıdır”.

"La Vanguardia" Şuşa şəhərində musiqi məktəbi açmağı planlaşdıran Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidən sitat gətirir: “Şuşaya Qafqazın Konservatoriyası deyilir. Bura müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun”un müəllifi Üzeyir Hacıbəylinin vətənidir. Şuşa Qarabağın ürəyidir”.

"Qarabağ!" – bu, artıq onun adını daşıyan yerli futbol komandasının azarkeşlərinin çağırışı deyil, bütün xalqın sevinc çağırışıdır”, - deyə qəzetdə vurğulanır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.