Laçın-Xankəndi yolu: BQXK-yə məxsus dörd avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb
AzerTAg.az
Şuşa, 19 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobil ərazidən maneəsiz keçib. BQXK-yə məxsus avtomobillərin içində erməni əsilli şəxslər olub.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 38 gündür davam edir.






Xəbərin mətnində orfoqrafik səhv var