MƏDƏNİYYƏT


Laçın həsrətli tanınmış şairin xatirəsi yad edilib

Bakı, 13 iyul, AZƏRTAC

“Söz qonağı” Ədəbi Məclisinin üzvləri tanınmış şair Hüseyn Kürdoğlunun Xırdalan qəbiristanlığındakı qəbrini ziyarət edərək xatirəsini anıblar.

AZƏRTAC xəbər verir ki, ədəbi məclisinin rəhbəri İlham Qəhrəman şairin yaradıcılığının məziyyətlərindən, şeirlərindəki bədii dil xüsusiyyətlərindən danışıb. Bildirib ki, onun yaradıcılığında Vətən həsrəti, yurd yanğısı, doğma torpağına sahib çıxmaq əzmi və gələcəyə inam təlqin olunur. Ötən əsrin 90-cı illərində yazılan şeirlərin böyük bir qismi işğal olunmuş torpaqlarımızın həsrəti ilə yazılıb. Bu şeirlərdə fəryad da, çağırış da var. Şairin o illərdə yazdığı şeirləri oxumaq kifayətdir ki, Azərbaycan poeziyasında doğma torpağa bağlılığı, yurd sevgisini görək.

Tədbirdə şairin qardaşı, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı şairin doğma yurdu Laçınla bağlı xatirələrinə işıq salıb, onun doğma vətəni Laçını çox sevdiyini qeyd edib.

Anım tədbirində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şairin şeirləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.