CƏMİYYƏT


Laçın rayonunda tələ minaları aşkar edilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə Qrupları tərəfindən Laçın rayonunda minatəmizləmə əməliyyatları davam edir.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ minalarına rast gəlinib.

Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-Э Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.

Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətini davam etdirdiyinin göstəricisidir.

Tələ minalarının, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.