CƏMİYYƏT


Laçın rayonunun Alxaslı kəndinin sakinləri ilə görüş olub

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Alxaslı kənd icması nümayəndələri ilə görüş keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib. Bu məqsədlə icrasına başlanılmış Dövlət Proqramının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə, həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğunun təmin edilməsinə xidmət etdiyi vurğulanıb.

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən Alxaslı kənd sakinləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar Laçın rayonunun, Zabux, Sus və digər kəndlərin, həmçinin Alxaslı kəndinin də tezliklə bərpa olunacağına əminliklərini ifadə edərək, hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini qeyd ediblər. Diqqətə çatdırılıb ki, həm gənc, həm də yaşlı nəsil Alxaslının dirçəldilməsi üçün əlindən gələni etməyə hazırdır.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.