İQTİSADİYYAT


Laçın rayonunun “Azersky” peykindən əldə edilmiş təsviri

Bakı, 1 dekabr, AZƏRTAC

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şücaətli Ordumuz sayəsində Azərbaycan bayrağı 28 ildən sonra yenidən Laçın rayonunda dalğalanır.

AZƏRTAC xəbər verir ki, “Azərkosmos” ASC erməni işğalından azad olunduqdan sonra Laçın rayonunun “Azersky” peyki vasitəsilə çəkilmiş təsvirlərini təqdim edib.

Laçın rayonu mühüm coğrafi mövqeyə malikdir: rayon ötən illər ərzində Ermənistanı Qarabağdakı separatçılar ilə birləşdirdiyi üçün düşmən tərəfdə böyük önəm daşıyırdı.

Laçında son illər ərzində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşma işləri aparılıb. Laçın Tarix Muzeyindən Azərbaycanın mədəni irsini əks etdirən kolleksiyalar talan edilib. Təbii sərvətlərlə zəngin Laçın rayonunda olan Turşsu, Qaladərəsi, Nağdalı kimi müalicəvi bulaqlar, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi və digər mədəni abidələrə qarşı vandalizm əməlləri törədilib.

Bu gün torpaqlarımızın işğaldan azad olunması ilə Ordumuz gələcək nəsillərə nümunə olacaq zəfər çalıb.

Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.